Saxlanılan icra başçısı Əhməd Əhmədzadə xalası oğludur

Saxlanılan icra başçısı Əhməd Əhmədzadə xalası oğludur
16:16

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax rayonunda əməliyyat keçirib.

Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin saxlanıldığı bildirilir.

Qeyd edək ki, M.Şəkiliyev bu vəzifəyə 2010-cu ildə təyin olunub.

News365.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Musa Şəkilliyev Baş nazirin köməkçisi Əhməd Əhmədzadənin xalası oğludur.

Əhməd Əhmədzadə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri olub. O, 2006-cı ildən 2024-cü ilədək “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri işləyib. 2024-cü ilin oktyabr ayında Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.

Ə.Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə hazırda Zaqatala rayon İcra Hakimiyyətinin başçısıdır.


Sizin reklam burada
Sizin reklam burada