“Satışda olan balların üstünə bal yazılsa da, balla əlaqəsi yoxdur“- Eyyub Hüseynov

“Satışda olan balların üstünə bal yazılsa da, balla əlaqəsi yoxdur“-  Eyyub Hüseynov
17 Apr 2024 12:37

 Yağlar spred yağlardır, üstünə natural yağ olduğu yazılır, inək şəkli vurulur, lakin tərkibində bitki yağı var, hansı bitki yağı olduğu isə bilinmir, mənşəyi məlum deyil. Onların tərkibində palma yağı olsa da, üstünə bunu yazmır və istehlakçıdan gizlədirlər."

News365.az xəbər verir ki, bunu Azad Istehlakçılar birliyinin sədri Eyyub Hüseynov danışıb.

Satışda olan ballar var, üstünə bal yazılsa da, tərkibinin balla əlaqəsi yoxdur. İçinə cürbəcür qatqılar qarışdırılır. Bu isə şübhəsiz ki, sağlamlığa zərərlidir. Alıcı elə bilir ki, qiyməti ucuzdur, balın hansısa variantıdır, amma vəziyyət belə deyil. O, bu məhsulun göllərdən təsadüfi yığılmış duz olduğunu bildirib: “Çox məşhur olan xörək duzu var, hər kəs onu alır. Ukraynadan gətirildiyi deyilir, amma Ukrayna ilə Azərbaycanın heç bir duz mübadiləsi yoxdur. Bu, Azərbaycanda istehsal olunur, təsadüfi göllərdən yığılmış duzdur.

Ölkədə yod defisiti xəstəliklərin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında qanun qəbul olunub. Qanunun 8.3 maddəsinə görə ölkənin əmtəə bazarında yodsuz duzun satışı, idxalı və ümumiyyətlə mövcudluğu qadağandır. Lakin təəssüflər olsun ki, ölkənin əmtəə bazarında yodsuz duzlar var"- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər