Satıcının səhvi sayəsində 2 milyon dollar qazandı

Satıcının səhvi sayəsində 2 milyon dollar qazandı
19 Fev 2025 16:13

ABŞ-də bir qadın maraqlı şəkildə 2 milyon dollar qazanıb. Bu barədə UPI xəbər yayıb.


Belə ki, Virciniya sakini Kelli Lindsi pərakəndə satıcının səhvi sayəsində 2 milyon dollarlıq lotereya uduşu qazanıb. Qadın əvvəlcə satıcının səhvən onun istədiyi biletdən fərqli bir lotoreya verənda narazılıq edib.  Lakin o, qoruyucu təbəqəni cızdıqda və baş mükafatı qazandığını biləndə onun əsəbi tez bir zamanda sevincə çevrilib.


Lindsi uduşlarını illik ödənişlər şəklində almaq əvəzinə, birdəfəlik ödənişi seçib. Vergilərdən sonra o, 1,25 milyon dollar əldə edəcək.


Kelli uduşlarını həyat şəraitini yaxşılaşdırmaq və çoxdankı arzularını gerçəkləşdirmək üçün istifadə etməyi planlaşdırdığını söyləyib. Bundan əlavə, pulun bir hissəsini bank hesabına köçürəcək.

Tural


Sizin reklam burada
Sizin reklam burada