Sarkisyanın anormal siyasəti erməni ekspertləri də bezdirib

Sarkisyanın anormal siyasəti erməni ekspertləri də bezdirib
12 İyn 2025 09:30

Ermənistanın tanınmış analitiklərindən olan Argişti Kiviryan ölkədə yaranmış siyasi xaosla bağlı diqqət çəkən açıqlamalar verib. O, yerli mediaya açıqlamasında deyib ki, əslində hərbi cani və keçmiş prezident Serj Sarkisyanla Nikol Paşinyan eyni cür siyasət yürüdürlər.

"Serj Sarkisyanın daim yararlandığı bir üslubu var. Bu, bir şeyi deyib, onun əksini etməkdir. Həmçinin, hakimiyyət daim ictimaiyyəti çaşdıran davranışlar sərgilədiyi kimi, Serj Sarkisyan da həmişə bir istiqamətdə işləyib və bu xətti davam etdirir. Nikol Paşinyan, sadəcə olaraq, bunu daha məharətlə edir", - analitik qeyd edib. 

"Respublikaçılar partiyasının tərəfdarları Serjə qarşı alət olduqlarını anlamırlar. Serj özü isə müxalifət meydanına hakim olmaq üçün mümkün qədər müxalifət meydanını bölməyə çalışır",- ekspert qarışıq siyasi durumdan gileylənib.

Tural


Sizin reklam burada
Sizin reklam burada