Qərbin Rusiyaya qarşı sanksiyaları uşaq və yeniyetmələrdən də yan keçməyib. Belə ki, Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların 16-cı paketində oyun konsolları və joystiklərin satışına qoyulan qadağa da daxil edəcək. Bunu Avropa diplomatlarından biri Reuters-ə açıqlamasında deyib.
Diplomatın sözlərinə görə, ağıllı oyun qurğuları rusiyalı hərbi personallar tərəfindən pilotsuz uçuş aparatlarını idarə etmək üçün istifadə edilə bilər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Müharibədən sonra Rusiyaya qarşı müxtəlif sahələrdə sanksiyalar tətbiq edilir.
Tural