Salyanda fermada güclü yanğın: 40-dan çox mal-qara tələf oldu

Salyanda fermada güclü yanğın: 40-dan çox mal-qara tələf oldu
11 İyn 2025 19:59

Salyan rayonunda iribuynuzlu heyvanların tələf olması və ot bağlamalarının yararsız hala düşməsi ilə nəticələnən yanğın baş verib.


News365.az xəbər verir ki, hadisə saat 17 radələrində rayonun Qardili kəndi ərazisində yerləşən fermada qeydə alınıb. Eyyub Şikarova məxsus təsərrüfatdakı ot tayasında başlayan yanğın qısa müddətdə güclənərək ətrafda yerləşən saxlanc yerinə də keçib.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun lokallaşdırılması lazımı tədbirlər görülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb.


Yanğın nəticəsində 40 başdan çox iribuynuzlu heyvan tələf olub, xeyli sayda ot bağlaması yanıb.


Faktla bağlı araşdırma aparılır


Sizin reklam burada
Sizin reklam burada