Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib.
News365.az xəbər verir ki, mərasimdə Ş.Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra onun cənazəsi Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.
Xatırladaq ki, o, dekabrın 29-da İsveçin Malmö şəhərində uzunsürən xəstəlikdən sonra vəfat edib.



