Şahbuza 8 sm qar yağıb

Şahbuza 8 sm qar yağıb
15 Apr 2025 10:19

Aprelin 15-i saat 09:00-a olan məlumata əsasən, Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi dağlıq ərazilərdə qar yağıb.

News365.az xəbər verir ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Mərkəzindən verilən məlumata əsasən Şahbuz rayonunun Batabat ərazisinə 8 sm, Kükü, Biçənək kəndlərinə isə 2 sm qar yağıb.

Muxtar respublika ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin aprel ayının 17-dək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı şimşək çaxacağı gözlənilir.



Sizin reklam burada
Sizin reklam burada