Aprelin 8-də səhər saatlarından "Montin" yaşayış massivinə aid (Əlövsət Əliyev) bəzi ərazilərdə 9 aprel səhər saatlarına qədər suyun verilməsində fasilə yaranacaq.
Bu barədə News365.az-a ADSEA-dan bildirilib.
Məlumata görə, bu, Nərimanov rayonu ərazisində istismar müddəti bitmiş xəttin ləğvi və yeni xəttin istismara verilməsi ilə əlaqədar başlanan işləri ilə əlaqədardır.