Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?
14:05

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 2-də mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +22 dərəcədən +23 dərəcəyədək, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə +24 dərəcədən +25 dərəcəyədək olacaq.


Sizin reklam burada
Sizin reklam burada