Xankəndidə divan oğurlayan otel sahibi cəzalandırıldı

Xankəndidə divan oğurlayan otel sahibi cəzalandırıldı
13:25

Şuşa şəhərində 5 divan oğurlayan sahibkar barəsində hökm oxunub.

News365.az xəbər verir ki, 1978-ci ildə Şuşada anadan olmuş, ali təhsilli və şirkətlərdən birinin direktoru işləyən Y.T.-nin Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə məhkəmədə baxılıb.

İstintaqla müəyyən edilib ki, Y.T.-nin icarəyə götürdüyü oteldə divan və bəzi əşyalar çatışmayıb. O, bu məqsədlə Xankəndi şəhərindəki "Delux" restoranının yaxınlığında yerləşən, fəaliyyətsiz vəziyyətdə olan qeyri-yaşayış sahəsinin qarşısından bir ədədi 120 manat dəyərində olan 5 divanı (ümumi dəyəri 600 manat) və bir ədədi 15 manat dəyərində olan 2 çılçırağı (ümumi dəyəri 30 manat) oğurlayıb.

Y.T. həmin əşyaları sifariş etdiyi yük maşını ilə işlədiyi otelə aparıb.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxsin həbsdə keçirdiyi 2 gün, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq "bir günə dörd gün" hesabı ilə 8 gün islah işlərinə bərabər tutulub. Bu müddət ümumi cəzadan çıxılmaqla, Y.T.-yə qəti olaraq 11 ay 22 gün müddətində islah işləri cəzası təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada