Sabah Binəqədi ərazisində qaz olmayacaq

Sabah Binəqədi ərazisində qaz olmayacaq
18 Fev 2025 20:15

Sabah Bakının Binəqədi rayonunun bir neçə küçəsində qaz təchizatı dayandırılacaq.


Bu barədə news365.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.


Bildirilib ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yaşayış binasının qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə fevralın 19-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.


Qaz təchizatı dayandırılan müddətdə S.S.Axundov, K.Kunanbəyov, Aydınbəyov və İ.Hacıyev küçələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Sizin reklam burada
Sizin reklam burada