Hörmüzdə iki ticarət gəmisi atəşə tutuldu - YENİLƏNİB

Hörmüzdə iki ticarət gəmisi atəşə tutuldu - YENİLƏNİB
16:32

Hindistanın iki gəmisi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin təzyiqi altında Hörmüz boğazından qərbə geri çəkilməyə məcbur olub.

News365.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Hindistan tankeri Silahlı Qüvvələrin xəbərdarlığına məhəl qoymadığına görə Hörmüz boğazında hədəfə alınıb. Hadisə zamanı atəş açılıb. Gəmilərdən biri 2 milyon barel İraq nefti daşıyan Hindistan super tankeridir (VLCC)", - agentlik qeyd edir.

***

Hörmüz boğazında iki gəmiyə atəş açılıb.

News365.az xarici mənbələrə istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, ticarət gəmiləri Hörmüz boğazından keçməyə çalışarkən silahlı hücuma məruz qalıb.

Hadisəylə bağlı araşdırmalar aparılır.


Sizin reklam burada
Sizin reklam burada