Lənkəranda zəncirvari qəza: Xəsarət alanların vəziyyəti açıqlandı

Lənkəranda zəncirvari qəza: Xəsarət alanların vəziyyəti açıqlandı
13:22

Lənkəranda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

News365.az-ın xəbərinə görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasından oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 17-də saat 22:00-da Masallı-Lənkəran-Boradigah yolunun Girdəni kəndi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə yeddi nəfər (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Onlara bədənin müxtəlif nahiyələrinin travması, bədənin küt travması, sol bud sümüyünün yuxarı 1/3 yerdəyişən sınığı, sağ baldırın açıq yarası diaqnozları təyin olunub. Yaralılardan bir nəfər Reanimasiya, biri Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyətləri stabil qiymətləndirilir. Hadisə nəticəsində yüngül xəsarətlər alan digər şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.


Sizin reklam burada
Sizin reklam burada