Qərb 2021-ci ilin noyabr-dekabr aylarından etibarən Ukraynanı Rusiyaya qarşı müharibəyə hazırlamaq üçün kampaniyaya başlayıb.
News365.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı bildirib.
O qeyd edib ki, 2002-ci ildə Rusiya–NATO Şurasının yaradılmasından sonra qəbul edilən sənədlərdə NATO-nun digər ölkələrin təhlükəsizliyinə zərər vurmaqla öz üzvlərinin təhlükəsizliyini təmin etməməli olduğu vurğulanıb.
Sergey Lavrov əlavə edib ki, 2021-ci ilin sonlarında Qərbin Ukraynanı Rusiyaya qarşı müharibəyə hazırlaması aydın şəkildə görünən bir proses idi.
Nazir bildirib ki, həmin dövrdə Cenevrədə ABŞ dövlət katibi Entoni Blinken ilə keçirilən görüşdə Rusiya tərəfi Prezident Vladimir Putinin təşəbbüslərini təqdim edib və vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışıb.