Rusların Rumıniyaya girişi qadağan edildi

Rusların Rumıniyaya girişi qadağan edildi
17:20

2026-cı il yanvarın 1-dən etibarən Rusiya vətəndaşlarının Rumıniyaya daxil olmaq üçün 10 illik biometrik pasporta ehtiyacı olacaq.

News365.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Konstansadakı Baş Konsulluğu bəyanat yayıb.

Bəyanata görə, 5 illik pasporta malik Rusiya vətəndaşlarının Rumıniya sərhədini keçməkdən imtina etməsi halları ilə əlaqədar olaraq 1 yanvar 2026-cı il tarixindən etibarən ölkəyə daxil olmaq üçün biometrik (10 illik) pasport tələb olunacaq.

Almaniya həmçinin 1 yanvar 2026-cı il tarixindən etibarən beş illik biometrik olmayan pasportlara malik rusların ölkəyə girişini qadağan edib. 

Çexiya, Danimarka, Estoniya, Fransa, İslandiya, Latviya və Litva da köhnə rus pasportlarını tanımır.


Sizin reklam burada
Sizin reklam burada