İsraildə orduya qatılmaqdan imtina edən yəhudi saxlanıldı

İsraildə orduya qatılmaqdan imtina edən yəhudi saxlanıldı
17:33

İsraildə orduya çağırılan, lakin hərbi xidmətə getməkdən imtina edən Ultra-ortodoks yəhudilərdən (Haredi) biri Ben Qurion Beynəlxalq Hava Limanında saxlanılıb.

News365.az bu barədə "The Times of Israel" nəşrinə istinadla xəbər verir.

Məlumata görə, Tövrat məktəblərində (Yeşiva) təhsil alan bu Haredi, hərbi xidmətdən yayınan və barələrində həbs qərarı çıxarılan 1200 nəfərdən biridir. Bu hadisənin İsrailin mövzu ilə bağlı ilk dəfə konkret addım atdığını göstərdiyi vurğulanıb.

Hadisədən sonra bir qrup Ultra-ortodoks yəhudi saxlanılan şəxsin saxlanıldığı mərkəzin qarşısında etiraz aksiyası keçirib.

Bundan əlavə, çağırışa baxmayaraq, hərbi xidmətə getmək istəməyən 1242 nəfərə ölkədən çıxış qadağası tətbiq edilib.

İsrail qanunlarına əsasən, 18 yaşına çatan hər bir vətəndaşın məcburi hərbi xidmətə getməsi tələb olunur, lakin uzun illərdir Haredilər bu öhdəlikdən azad edilirdi.



Sizin reklam burada
Sizin reklam burada