Suriya rejiminin devrilmiş lideri Bəşər Əsəd hazırda Moskvada təhlükəsizlik qüvvələrinin qoruduğu qüllədə yaşayır və "ekran aludəçisinə" çevrilib.
News365.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Zeit" qəzeti məlumat yayıb.
Məlumata əsasən, Əsəd günlərini kompüter oyunları oynamaqla keçirir, xarici dünya ilə əlaqəni minimuma endirib və demək olar ki, evindən çıxmır.Məqalədə bildirilir ki, iqamətgah mərmər vanna otağı və yüksək təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Qəzet yazır ki, Əsəd indi ictimaiyyət qarşısına çıxmır və ekran qarşısında saatlarla vaxt keçirmək onun yeni "asılılığına" çevrilib.
Xatırladaq ki, müxalifət qüvvələri Dəməşqə yaxınlaşarkən Əsəd ölkəni tərk edib və Rusiya hökumətinin himayəsinə sığınıb.