Rusiyaya dəhşətli hücum olub: Onlarla yaralanan var- VİDEO

Rusiyaya dəhşətli hücum olub: Onlarla yaralanan var- VİDEO
31 May 2025 10:40

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin Lqovski və Rılski rayonlarına etdiyi gecə hücumları zamanı 14 nəfər yaralanıb. Bu barədə regionun rəhbəri vəzifəsini icra edən Aleksandr Xinşteyn Teleqram kanalında məlumat yayıb.


Onun sözlərinə görə, Lqovski rayonunda daha iki uşaq xəsarət alıb - onlara orta ağırlıqda mina və partlayış xəsarətləri diaqnozu qoyulub. Uşaqlar hazırda həkim nəzarətindədirlər.


Rılskda isə ikisi azyaşlı olmaqla 7 nəfər yaralanıb. Bir nəfərin vəziyyəti ağırdır. Bütün zərərçəkənlər Kursk vilayət xəstəxanasına çatdırılıb, onlara lazımi yardım göstərilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada