" Azərbaycan, Rusiyaya rəsmi xəbərdarlıq bəyanatını 2020-ci il dekabrın 9-da gecə saatlarında təqdim etmişdir."
Politoloq Məhəmməd Soltanoğlu bunu News365.az-a açıqlamasında deyib.
"Bu məsələ ilə bağlı müqayisə aparmaq istəyən Rusiya olarsa, o zaman Azərbaycan tərəfi də haqlı olaraq Rusiyaya bir sıra suallar ünvanlaya bilər. Azərbaycan, Rusiyaya rəsmi xəbərdarlıq bəyanatını 2020-ci il dekabrın 9-da gecə saatlarında təqdim etmişdir. Rusiyaya məxsus helikopter isə 2020-ci il noyabrın 9-da saat 18:30 radələrində Ermənistan-Rusiya sərhədinin Naxçıvan istiqamətində vurulmuşdur. Həmin helikopterin Azərbaycan ərazisində olması sual doğurur. Azərbaycan ictimaiyyəti bu məsələyə haqlı suallar verə bilərdi və o zaman Rusiyanın hazırda oynadığı söz oyununu Azərbaycan da oynaya bilərdi. Lakin bütün bu məqamlara baxmayaraq, Azərbaycan 2020-ci il dekabrın 9-da Rusiyaya məxsus helikopterin vurulması ilə bağlı böyüklük göstərərək geri addım atmadı və heç bir siyasi oyun aparmadan üzr istədi. Qarşı tərəfə dəyən ziyan isə tam şəkildə ödənildi."