Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, ölkədə ən yüksək dövlət vəzifəsini qadınlar tutmamalıdır.
Bu barədə Belarus lideri prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Lukaşenkonun sözlərinə görə, prezidentlik qadın işi deyil.
“Qadın diktator ola bilməz və bizdə artıq rəhbərliyimizi idarə edəcək çoxlu kişi var”, - o əlavə edib.