Rusiyanın şərqində, Kamçatka sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
News365.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat verib.
Qeyd olunur ki, yeraltı təkanların mənbəyi 48 km dərinlikdə yerləşib.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 107 km aralıda olub.