"Kreml üzr istəməli və zərərçəkənlərin ailələrinəjinpensasiya ödəməlidir"
Politoloq Mübariz Göyüşlü bunu News365.az-a açıqlamasında deyib.
"Biz eyni davranışı Rusiyadan da gözləyirik. Hesab edirəm ki, Rusiya tərəfi üzrxahlıq etməli, bu hadisədən zərər çəkənlərin ailələrinə kompensasiya ödəməli və məsul şəxsləri cəzalandırmalıdır. Bunun əvəzində irəli sürülən hər hansı məsələlər bu hadisəyə adekvat sayıla bilməz və qəbulolunmazdır. Azərbaycanın mövqeyi aydındır – üzrxahlıq, kompensasiya və günahkarların cəzalandırılmasıdır.
Qeyd edək ki, dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qroznı hava məkanında olduğu zaman fiziki və texniki xarici müdaxiləyə məruz qalmışdır. Daha sonra isə təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş etmişdir."