Xalq artisti Aygün Kazımova ənənəsinə sadiq qalaraq bu il də ad günündə sevənlərinin qarşısına fərqli layihə ilə çıxıb.
Sənətçi bu dəfə 38 illik musiqi fəaliyyətində zirvəyə qalxma hekayəsini göstərib. Kazımova həyatından bəhs edən "Etiraf" adlı mahnısını və ona çəkdirdiyi klipini təqdim edib."Həyatımın etirafı ilə qarşınızdayam" deyən Pop kraliça illərdir yığdığı təcrübəni, yaşadığı bütün çətinlikləri, ağrıları və zəfərləri musiqi vasitəsilə izah edib.