Abbas Arakçı Kabilə səfər edib

Abbas Arakçı Kabilə səfər edib
26 Yan 2025 22:15

İranın xarici işlər naziri Abbas Arakçı Kabilə səfər edib.


News365.az xəbər verir ki, Abbas Arakçı Taliban hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axundla görüşərək, ikitərəfli regional və beynəlxalq məsələlər barədə danışıqlar aparıb.


Qeyd edək ki, Arakçı daha öncə Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi ilə bir araya gəlib və əfqan qaçqınların problemləri, eləcə də Hirmand çayının su ehtiyatlarında İranın hüququ müzakirə edilib.