İsrailin müdafiə naziri İsrael Katz Pentaqonun yeni rəhbəri Pit Heqsetə təbrik məktubu göndərib və orada İran mövzusuna toxunub.
News365.az xəbər verir ki, bu barədə "Yerusalim Post" məlumat yayıb.
Onun fikrincə, yaxın aylarda bu istiqamətdə İsrail və ABŞ-ın strateji hədəfləri irəli sürməsi üçün imkanlar açılacaq.
"İran və tərəfdaşları regional və qlobal sabitliyi təhdid etməkdə davam edir.
Qarşıdakı aylar hərbi hazırlıq tələb edən çağırış və strateji məqsədlərimizə nail olmağa imkan verəcək imkanlar təqdim edir. Əminəm ki, birlikdə uzunmüddətli sabitliyi və regionun daha yaxşı gələcəyini təmin edərək uğur qazana bilərik. Ölkələrimiz arasında müdafiə ittifaqı sülh, təhlükəsizlik və firavanlıq kimi ümumi məqsədlər və dəyərlərlə əlamətdardır.
Birləşmiş Ştatların İsrailin təhlükəsizliyi və keyfiyyətcə hərbi üstünlüyü ilə bağlı uzunmüddətli öhdəliyi və dəstəyi böyük dəyərə malikdir".