Rusiyanın hansı klubu Mahir Emrelini transfer etmək istəyir?

Rusiyanın hansı klubu Mahir Emrelini transfer etmək istəyir?
28 Avq 2023 19:55

"Dinamo" və Azərbaycan millisinin hücumçusu Mahir Emreli yenidən Rusiya klublarının diqqət mərkəzinə düşüb.  

26 yaşlı forvard "Lokomotiv"in transfer siyahısındadır.  

Zaqreb klubu icazə verərsə, Emreli "transfer pəncərəsi"nin sonuna qədər "Lokomotiv"ə keçə bilər. Mahirin özü də, "dəmiryolçular"ın formasını geyinməyə razıdır.  

Yaxın günlərdə məsələnin necə yekunlaşacağı dəqiqləşəcək.  

Qeyd edək ki, Mahir hələ iki il əvvəl “Lokomotiv”dən təklif almışdı. Amma o, “Legiya”dan ayrılaraq “Dinamo”ya keçməyə üstünlük vermişdi.


Sizin reklam burada
Sizin reklam burada