Sabah Xocalıya növbəti köç olacaq

Sabah Xocalıya növbəti köç olacaq
21 May 2025 23:15

Sabah növbəti mərhələdə Xocalı şəhəri və Ballıca kəndinə sakinlərin köçü həyata keçiriləcək.Bu mərhələdə 34 Xocalı sakini öz doğma torpağına qayıdacaq.


News365.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarərtmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən xəbərə görə, ailələr Xocalı şəhəri və Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən, tam təmirli evlərə yerləşdiriləcək.


Burada onlar üçün hər cür şərait yaradılıb – su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib. Xatırladaq ki, indiyədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə - yəni 811 nəfər köç edib.


Sizin reklam burada
Sizin reklam burada