Əfsanəvi boksçu vəfat etdi

Əfsanəvi boksçu vəfat etdi
20 May 2025 21:15

İtaliya idmanının əfsanəsi, keçmiş peşəkar boksçu və aktyor Covanni “Nino” Benvenuti 87 yaşında vəfat edib.


News365.az xəbər verir ki, bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən dünya və olimpiya çempionu paytaxt Romada dünyasını dəyişib.


Nino Benvenuti WBC versiyası üzrə keçmiş Avropa və dünya çempionu, 1960-cı il Roma Olimpiadasının qızıl medalçısı olub. O, boks karyerasının sonuna yaxın iki italyan filmində rol alıb.


Sizin reklam burada
Sizin reklam burada