ABŞ-nin Arlinqton dairəsinin polisi Milli Xokkey Liqasının (NHL) "Washington Capitals" komandasının rusiyalı müdafiəçisi Aleksandr Alekseyevi saxlayıb. O, sərxoş vəziyyətdə olub.
Bu barədə ARL Now məlumat yayıb.
Qeyd edilib ki, insident mayın 17-nə keçən gecə baş verib. Polisə dava şahidi zəng edərək müəssisələrdən birinin yaxınlığında qalmaqal yaşandığını bildirib.
Saxlanılma prosesi zamanı polis bibər qazından istifadə etməli olub. Polisin hesabatında deyilir ki, Alekseyev həbs edilib və o, ictimai yerdə sərxoşluqda ittiham olunub. Rus idmançı polis bölməsinə aparılsa da, sonra sərbəst buraxılıb.
Tural