Faşizm hər yerdə eynidir. Ukrayna lideri Vladimir Zelenski də Hitlerə bənzəyir. Rusiya mediasının yaydığı məlumata görə, bunu Rusiya Dövlət Dumasının deputatı Leonid İvlev Zelenskinin Kiyevin mayın 9-da Moskvadakı parada hücum təşkil ediləcəyi ilə bağlı sözlərini şərh edərkən deyib.
“Hitler nasist Almaniyası sona çatmazdan əvvəl möcüzəvi silahı yaratmağı xəyal etdiyi kimi, faşist Zelenski də Qırmızı Meydandakı parad zamanı veteranlara, qadınlara və uşaqlara zərbə endirmək istəyir”, -o vurğulayıb.
İvlev qeyd edib ki, Zelenski 21-ci əsrin Hitleridir və Ukrayna liderinin sonu oxşarı ilə eyni olacaq.
Xarici KİV-in yaydığı məlumata görə, Zelenski mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına hücum etmək istədiyinə eyham vurub.
Tural