Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı SAXLANILDI – FOTO/VİDEO

Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı SAXLANILDI –  FOTO/VİDEO
19 Apr 2024 17:13

Moskvada parklanma yeri üstündə 24 yaşlı yerli sakini bıçaqla öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbasov Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Rostov vilayətində saxlanılıb. 

Bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat yayıb. 

O, dindirilmək üçün İstintaq Komitəsinə aparılıb. Abbasov iki günə yaxın axtarılıb. 

Qeyd edək ki, Şahin Abbasov Rusiya vətəndaşı Kirill Kovalevin qətlində şübhəli bilinir.  

Aprelin 18-də “Shot Telegram” kanalının yaydığı məlumata görə, Kovalev Lyublinoda nişanlısının evinin yaxınlığında avtomobili səkidə saxlayan “Toyota Camry”nin sürücüsü ilə mübahisə etdikdən sonra bıçaqlanaraq öldürülüb.  

 


Youtube kanalımız

Oxşar xəbərlər