Rusiya və Ukrayna hərbçilərin meyitlərinin mübadiləsini həyata keçirib. Rusiya tərəfinə 41 nəfərin meyiti qaytarılıb.
News365.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib.
Onun sözlərinə görə, tərəflər son dəfə martın 28-də meyitləri mübadilə ediblər. O zaman Rusiyaya 43, Ukraynaya isə 909 hərbçinin meyiti qaytarılıb.