Rusiya ordusu Xarkov şəhəri yaxınlığında yerləşən “Novoy Poçtı” poçt terminalına raket zərbəsi endirib.
Hücum nəticəsində 4 nəfər ölüb.
Məlumata görə, 20 nəfər yaralanıb və yaralılardan üçünün vəziyyəti ağırdır.
Hadisə yerində xilasedicilər və polis axtarış-xilasetmə işlərini davam etdirir.
“Novoy Poçtı” şirkəti bildirib ki, terminal gün ərzində üç dəfə vurulub.
Hücum zamanı şirkətin iki əməkdaşı və tərəfdaş şirkətin bir sürücüsü həlak olub.