Azərbaycanda estetik və plastik əməliyyatlar qadağan olunur? – Rəsmi CAVAB

Azərbaycanda estetik və plastik əməliyyatlar qadağan olunur? – Rəsmi CAVAB
11:19

Azərbaycanda estetik və plastik əməliyyatlarla bağlı yeni məhdudiyyətlərin tətbiq ediləcəyi barədə iddialar yayılıb. 

İddialara görə, tibbi sahədə aparılan islahatlar çərçivəsində ümumi cərrahların fəaliyyət dairəsi məhdudlaşdırılacaq və onların bir sıra estetik və plastik əməliyyatlar həyata keçirməsinə icazə verilməyəcək. 

Məlumata görə, söhbət xüsusilə süd vəzilərinə müdaxilələr, mammoplastika, mastopeksiya, piy və dəri qreftləri, abdominoplastika və digər plastik-rekonstruktiv əməliyyatlardan gedir.

Bəs bu məlumat nə dərəcədə doğrudur? Ümumi cərrahların estetik və plastik əməliyyatlar həyata keçirməsinə həqiqətən məhdudiyyət qoyulacaqmı və bu dəyişikliklər hansı əməliyyatları əhatə edəcək? 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən bildirilib ki, Səhiyyə Nazirliyi estetik və plastik əməliyyatlarının Azərbaycanda qadağan olunması ilə bağlı məlumat yaymayıb. Həmçinin məlumatda bildirilib ki, yayılan iddialar əsassızdır./// sfera.az


Sizin reklam burada
Sizin reklam burada