NATO-nun baş katibi Mark Rutte Rusiyanın hazırda həyata keçirdiyi hərbi qüvvə toplamasına diqqət çəkib. Onun sözlərinə görə, bu yığım sırf nümayiş xarakteri daşımır, döyüş meydanında istifadə üçün nəzərdə tutulub.
News365.az xəbər verir ki, Rutte Ukraynaya 2 milyard dollarlıq müdafiə paketi – hava hücumundan müdafiə sistemləri, sursat və digər vasitələrin göndərildiyini açıqlayıb.
Baş katib əlavə edib ki, ABŞ və Avropa ölkələri Kiyevə təhlükəsizlik təminatları ilə bağlı müzakirələri davam etdirir. O, həmçinin bölgədə uzunmüddətli atəşkəsin və sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.
News365.az