Rusiya nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İstanbula gəlib

Rusiya nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İstanbula gəlib
09 Apr 2025 16:19

Rusiyanın ABŞ-dəkı səfiri Aleksandr Darçiyevin başçılıq etdiyi  nümayəndə heyətinin bir hissəsi amerikalı həmkarları ilə danışıqlar aparmaq üçün aprelin 9-da İstanbula gəlib. Bu barədə Rusiya mediası məlumat yayıb. 


Qeyd edilib ki, nümayəndə heyətinin olduğu təyyarə yerli vaxtla saat 14:20 radələrində İstanbul hava limanına enib.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, qarşıdan gələn danışıqlar zamanı ABŞ və Rusiya diplomatlarının işinə mane ola biləcək texniki maneələrin aradan qaldırılması üçün əsaslı işlər davam etdiriləcək.


Dövlət Departamentinin sözçüsü Temmi Bryus isə aprelin 10-da Ukrayna mövzusunun müzakirə olunmayacağını bildirib.



Tural


Sizin reklam burada
Sizin reklam burada