“Rusiya liderlər görüşündən geri çəkildi – danışıqlarda nəticə yoxdur” Politoloqdan şərh

“Rusiya liderlər görüşündən geri çəkildi – danışıqlarda nəticə yoxdur” Politoloqdan şərh
24 İyl 2025 18:16

“Rusiya liderlər görüşündən geri çəkildi – danışıqlarda nəticə yoxdur”

Politoloq Əli Zülfüqaroğlu bu sözləri News365.az-aaçıqlamasında deyib.

“Rusiya, Ukrayna ilə bağlı şərtlərini yenidən sərtləşdirib. Rəsmi Moskvanın geri addım atması səbəbilə liderlər səviyyəsində görüş ehtimalı demək olar ki, qalmayıb.

Kremlin sözçüsü Dmitri Peskov bir müddət öncə verdiyi açıqlamada bildirib ki, Ukrayna Xerson və Zaporojye bölgələrini tamamilə boşaltmalı, eyni zamanda Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqansk vilayətlərindən də tamamilə geri çəkilməlidir. Rusiya bu bölgələrin ilhaqını öz suverenliyi kimi tanıdığını israrla bəyan edir.

Hazırkı situasiyada tərəflər arasında yalnız texniki səviyyədə, detallı və xarakterli razılaşmaların mövcud olduğu qeyd olunur. Lakin əsaslı şərtlərlə bağlı kompromis əldə olunmadığı üçün yüksək səviyyəli liderlər görüşünün keçirilməsi real görünmür.

Ə. Zülfüqarovun fikrincə, liderlərin görüşünün baş tutması üçün əvvəlcə müəyyən müsbət meyillər və baza razılaşmalar olmalıdır. Lakin indiki mərhələdə belə bir zəmindən danışmaq mümkün deyil.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqust ayına qədər müəyyən razılaşmaların əldə olunacağına ümid etdiyini bildirmişdi. Lakin hazırda müharibənin gedişi və Rusiyanın hücumlarını genişləndirməsi bu ehtimalı xeyli zəiflədir.

Politoloqun fikrincə, Rusiya Sentyabrın 2-nə – Trampın verdiyi vaxta qədər daha çox ərazi işğal etməyə çalışacaq.


Sizin reklam burada
Sizin reklam burada