Makron Fransanın yeni baş nazirini yaxın günlərdə təyin edə bilər

Makron Fransanın yeni baş nazirini yaxın günlərdə təyin edə bilər
08 Sen 2025 22:15

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə yeni baş nazirin təyinatını nəzərdən keçirəcək.

News365.az xəbər verir ki, bu barədə Yelisey sarayının bəyanatında deyilir.


“Prezident parlament səsverməsinin nəticələrini nəzərə alır. Sabah o, Baş nazir Fransua Bayru ilə görüşəcək və hökumətin istefasını qəbul edəcək. Yaxın günlərdə isə yeni Baş nazir təyin ediləcək”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, bu qərar parlamentin mövcud hökumətə etimadsızlıq göstərməsindən sonra gündəmə gəlib.



Sizin reklam burada
Sizin reklam burada