Azərbaycan və Ermənistan rəhbərləri Astanada görüşə bilər

Azərbaycan və Ermənistan rəhbərləri Astanada görüşə bilər
08 Sen 2025 12:42

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Qazaxıstanın paytaxtı Astanaya səfəri gözlənilir.

News365.az-ın məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

"Bu ilin sonuna kimi mən Rusiya və Özbəkistana səfər edəcəm. Biz Astanada Azərbaycan, Ermənistan və Türkmənistan liderlərini qarşılamağa hazırlaşırıq. Həmçinin Asiya, Avropa və Afrikanın bir sıra dövlət başçıları ilə görüşüb danışıqların aparılması planlaşdırılır", - o, parlamentdə deyib.

Səfərin dəqiq tarixləri və məqsədi açıqlanmayıb.


Sizin reklam burada
Sizin reklam burada