Ermənistanda 12 nəfər qidadan zəhərlənib

Ermənistanda 12 nəfər qidadan zəhərlənib
08 Sen 2025 18:15

Ermənistanda kütləvi zəhərlənmə baş verib. 

News365.az Ermənistan mediasına istinadən xəbər verir ki, Armavirdə zəhərlənənlərdən 8 nəfəri xəstəxanaya yerləşdirilib.

Ermənistan Səhiyyə Nazirliyi onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Bundan əvvəl Qida Təhlükəsizliyi Müfəttişliyi 12 nəfərin qida zəhərlənməsi diaqnozu ilə Armavir tibb mərkəzinə müraciət etdiyini bildirib.


Sizin reklam burada
Sizin reklam burada