İspaniya ilə İsrail arasında diplomatik münasibətlər daha da gərginləşib.
News365.az xəbər verir ki, İspaniya Qəzzada baş verən hadisələrə görə İsrailə qarşı doqquz maddədən ibarət sanksiyalar tətbiq edib.
İsrail hökuməti cavab olaraq İspaniyanı antisemitizm və korrupsiya ittihamları ilə çıxış edərək, iki nazirin ölkəyə girişini qadağan edib.
İspaniya bu ittihamları rədd edərək insan hüquqları, beynəlxalq hüquq və sülhün qorunmasının vacibliyini vurğulayıb.
Sanksiyaların Nazirlər Şurasında təsdiqlənməsi ilə rəsmi qüvvəyə minməsi gözlənilir.
News365.az