Rusiya qoşunlarını mövqelərdə gücləndirir – beynəlxalq dəstək hələ yetərli deyil
Rusiya Şimali Koreya qoşunlarını strateji mövqelərə yerləşdirərək işğal altındakı ərazilərdə nəzarəti möhkəmləndirməyə çalışır.
Bu barədə Politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında bildirib ki, beynəlxalq dəstək hələ kifayət qədər güclü deyil. Onun sözlərinə görə, 26 ölkə – o cümlədən Böyük Britaniya və Fransa – müharibəyə qoşun göndərməyə hazır olduğunu bildirir, lakin bu dəstək Ukrayna üçün ön cəbhədəki vəziyyəti tam həll etmir.
Bayramov vurğulayıb ki, Ukrayna ordusu və yerli qüvvələr Rusiya ilə mübarizədə əsas yükü daşıyır və beynəlxalq dəstəyin mövcudluğu münaqişənin gedişatına təsir edə bilər.