Rusiya İsrailin Dohaya hücumunu pislədi

Rusiya İsrailin Dohaya hücumunu pislədi
12:59

İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi hücum beynəlxalq səviyyədə ciddi narahatlıq doğurub. Rusiya tərəfi bu addımı kəskin şəkildə pisləyərək, regionda gərginliyin daha da artacağı barədə xəbərdarlıq edib.

News365.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin insan hüquqları və humanitar məsələlər şöbəsinin rəhbəri Yevgeni Ustinov məsələ ilə bağlı açıqlama verib.

Diplomat bildirib ki, İsrailin Dohada həyata keçirdiyi hücum təkcə Qəzzada deyil, bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik üçün ciddi fəsadlar yarada bilər:

“Bu, müstəqil dövlətin ərazi bütövlüyünə qəsddir. İsrailin sentyabrın 9-da Dohada həyata keçirdiyi hücumu qətiyyətlə pisləyirik. Biz BMT baş katibinin bu məsələyə dair mövqeyini tam dəstəkləyirik”, – deyə Ustinov vurğulayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada