Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (VSU) elit Pilotsuz Uçuş Aparatı(PUA) bölməsi olan "Ptiçı Madyara"nı qondarma "DXR"də Troitskoyeyə yaxınlaşarkən sıradan çıxarıb. Bu barədə Rusiya mediasına “Çentr” qoşun qüvvələri qrupunun 80-ci tank alayının PUA tağımının komandiri Daniil İvanov məlumat verib. "MAVİK operatorlarının işinə obyektiv nəzarətimiz sayəsində biz onların fəaliyyətini, harada yerləşdiyini hesabladıq və sonra FPV pilotsuz təyyarələri ilə müşayiət edərək artilleriyadan atəşə tutduq", - agentliyin həmsöhbəti bildirib.
İvanov qeyd edib ki, bu, Ukrayna ordusunun qüvvələrini zəiflətməyə və Troitskoye yaxınlaşmağa imkan verib.
Onun sözlərinə görə, Rusiya artilleriyası və PUA zərbələrindən sonra texnikalar da məhv edilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural