Rusiya: “Ukraynanın PUA müəssisəsini məhv etdik“

Rusiya:  “Ukraynanın PUA müəssisəsini məhv etdik“
24 Apr 2024 16:16

Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatları(PUA) istehsal edən sexinə zərbələr endirib. News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa. nazirliyin gündəlik hesabatında qeyd edilir ki, Rusiya Silahlı Qüvvələrinin aviasiya, raket qüvvələri və artilleriyası P-18 hərtərəfli radiolokasiya stansiyasını məhv edib: "Həmçinin pilotsuz təyyarələrin istehsalı sexi və Ukrayna Silahlı Qüvvələrinin yanacaq anbarı vurulub".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər