Rusaiyanın hava məkanından imtina biletləri BAHALAŞDIRACAQ?- MÜHÜM AÇIQLAMA

Rusaiyanın hava məkanından imtina biletləri BAHALAŞDIRACAQ?- MÜHÜM AÇIQLAMA
29 Dek 2024 10:36
Azərbaycan, Qazaxstan və İsrail aviaşirkətlərindən sonra Türkmənistanın milli aviasiya şirkətidə Rusiya Federasiyasına ilkin olaraq 31 yanvar 2025-ci ilə tarixinə qədər uçuşları dayandırdığını bildirib.
Rusiya Federasiyasının hava məkanında təhlükəsizliyin təmin olunmaması səbəbindən aviaşirkətlərin uçuşları dayandırması, bir sıra ciddi iqtisadi və sosial təsirlərə səbəb ola bilər. Bu qərar, xüsusən də beynəlxalq sərnişin daşımaları və logistika şəbəkələrinə təsir göstərəcək.
Alternativ marşrutların istifadəsi yanacaq sərfiyyatını artıracaq və əməliyyat xərclərinin yüksəlməsinə səbəb olacaq. Bu isə, təbii ki, biletlərin qiymətlərinə təsir edəcək.
Sərnişinlərin daha uzun və mürəkkəb səyahət marşrutlarına yönləndirilməsi nəticəsində logistika və turizm sənayesi də zərər görəcək.
Uçuşların müvəqqəti dayandırılması qısa müddətli görünə bilsə də, təsirləri uzunmüddətli ola bilər. Bu qərar, xüsusilə Rusiya Federasiyasının hava məkanının beynəlxalq uçuşlar üçün nə qədər təhlükəli olduğunu bir daha ortaya qoyur.
Aqil Məmmədov, ekspert

Youtube kanalımız