Gürcü rəsmilər bu Avropa ölkələrinə vizasız gedə bilməyəcək

Gürcü rəsmilər bu Avropa ölkələrinə vizasız gedə bilməyəcək
01 Yan 2025 09:44

Fransa, Almaniya və Polşanın hakimiyyət orqanları Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxslərin ölkəyə vizasız girişinə qadağa tətbiq etmək niyyətindədir. 

News365.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin saytında bəyanat dərc olunub. 

Sənəddə bildirilib ki, hakim “Gürcü Arzusu” partiyasının siyasi kursu Gürcüstan hakimiyyəti ilə münasibətləri zəiflədib və əməkdaşlığın azalmasına səbəb olub.

Bəyanatda “vizasız” rejimin ləğvinin Avropa İttifaqının qərarı çərçivəsində həyata keçiriləcəyi bildirilib. Həmçinin Fransa, Almaniya və Polşanın bununla bağlı əlavə tədbirlər görmək niyyətində olduğu qeyd olunub. 

Qeyd edək ki, daha əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Aİ-nin diplomatik pasport daşıyıcıları üçün vizasız gediş-gəlişin dayandırılması qərarını anti-Gürcüstan xarakterli addım adlandırmışdı.


Youtube kanalımız