Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə News365.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Dekabrın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 14 tüfəng, 5 patron darağı və 70 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.