Azərbaycan Fransaya investisiya qoyuluşunu 11 %-ə yaxın azaldıb

Azərbaycan Fransaya investisiya qoyuluşunu 11 %-ə yaxın azaldıb
31 Dek 2024 13:42

Bu ilin yanvar-sentyabr aylarında Fransa Azərbaycan iqtisadiyyatına 91,6 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.

News365.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,8 dəfə çoxdur.

Hesabat dövründə Fransanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2 % olub.

9 ay ərzində Azərbaycan isə Fransa iqtisadiyyatına 16,1 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 10,8 % azdır.

Hesabat dövründə Azərbaycanın Fransa iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,2 % təşkil edib.


Youtube kanalımız